Allahın lütfü ilə keçən illərdə olduğu kimi bu (2019) il də mərkəz, Mübarək Ramazan ayında Qurani Kərimə aid dərslərin keçirilməsini nəzərdə tutmuşdur.
بسم الله الرحمن الرحیم
شَهْرُ رَمَضَانَ الَّذِي أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَىٰ وَالْفُرْقَانِ (البقرة -۱۸۵)
Ramazan elə aydır ki, insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran, bu ayda nazil edilmişdir. (Bəqərə surəsi - 185)
BismillahirRəhmanirRəhim.
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsinin müdiriyyəti qarşıdan gələn Mübarək Ramazan ayı münasibətilə Azərbaycan xalqını təbrik edir, hər kəsə Uca Allahdan mənəviyyat dolu firavan həyat və bərəkətli ömür arzulayır.
Qurani Kərim biz müsəlmanların elmi və mənəvi kimliyimizdir. Quran, Haqqın kəlamı və "Hidayət İşığı"dır. Hidayət tapmaq arzusunda olan hər bir şəxs Qurani Kərimə artıq önəm verməli, onu oxuyub - öyrənməyə çalışmalıdır. «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzin xadimləri həqiqətdə Quran xadimləri olaraq (Allah əgər qəbul edərsə) bütün arzusunda olanlara Quran öyrətməyi qarşısına məqsəd qoymuşdur. Buna əsasən keçən illərdə olduğu kimi bu il də mərkəz Mübarək Ramazan ayında Qurani Kərimə aid dərslərin keçirilməsini nəzərdə tutmuşdur.
2019-cu il may ayının 6-sından etibarən başlayan Mübarək Ramazan ayının ilk günündən mərkəzdə Qurani Kərim dərsləri başlayacaqdır.
Dərslərimiz aşağıdakılardan ibarətdir:
Birinci mərhələdə
1. Ərəb əlifbasının təlimi
2. Quran kəlmələrinin təlimi
3. Kiçik surələrin qiraəti
İkinci mərhələdə
1. Təcvid təlimi
2. Kiçik surələrin tərcüməsi
3. Kiçik surələrin təfsiri ilə tanışlıq
Qeyd:
* Qurani Kərimi üzündən oxuya bilməyən qardaş və bacılar – ikinci mərhələnin dərslərində iştirak edə bilməzlər.
* Qadınlar üçün xanım müəllimə və bəylər üçün kişi müəllim tədris edəcəkdir.
* Müəllimlərimizin sayı az olduğuna görə kursda iştirak üçün yerlər məhduddur.
* Dərslər internet vasitəsilə canlı keçiriləcəkdir.
* Qeydiyyatdan keçmiş hər bir şəxs dərslərdə iştirak edə bilər.
* Qeydiyyat üçün sadəcə aşağıdaki nömrələrə müraciət edilməsi kifayətdir.
Qeydiyyat üçün əlaqə nömrələri:
Bəylər: +989902370737
Xanımlar: +989902370738
Hörmətlə:
«Əl-Məhdi (əc)» İslam Maarif Mədrəsəsinin müdiriyyəti
Müqəddəs Qum şəhəri – 25.04.2019