Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi, Əhli-Beyt (ə) məktəbinin təlimlərinə əsasən “islam maarif və mədəniyyəti”-ni müsəlman bacı və qardaşlarımıza daha əlverişli formalarda çatdırmaq məqsədi ilə yeni layihənin icarısını nəzərdə tutmuşdur.

Allahın adı ilə.

İlahi, bizim məhəbbətlə dolu salamlarımızı şəhidlər sərvəri, Zəhra balası İmam Hüseyn (ə) ağaya və o Həzrətə sadiq, qanları ilə hidayət yolunu əbədi olaraq işıqlandıran Kərbəla şəhidlərinə çatdır.

Ləbbəykə, ya HUSƏYN!

Əziz möminlər, salam!
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi, Əhli-Beyt (ə) məktəbinin təlimlərinə əsasən “islam maarif və mədəniyyəti”-ni müsəlman bacı və qardaşlarımıza daha əlverişli formalarda çatdırmaq məqsədi ilə yeni layihənin icarısını nəzərdə tutmuşdur.

Layihənin adı: AUDİO Maarif

Hörmətli bacılar və dəyərli qardaşlar, bildiyiniz kimi Mərkəz, İslam Maarifinin yayılması istiqamətində fəaliyyət göstərir. Bu məqsədlə insanların həyat tərzi, fərdi imkanlar və maarifə ehtiyaclarını nəzərə alıb, müxtəlif maariflənmə imkanları yaratmaqdadır. Həyata keçirilməsi nəzərdə tutulan layihənin adı “AUDİO Maarif”-dir. Bu layihənin ilk mərhələsində www.rizvan.net - İslam Maarifi Jurnalının materialları səsləndiriləcək, həmin sayta materialın sonuna əlavə olmaqla yanaşı, Radio MAARİF və sosial şəbəkələr vasitəsi ilə yayımlanacaq.
Bu məqamda, ilk növbədə «Əl-Məhdi (əc)» mədrəsəsində təhsil alan əzizləri könüllü əməkdaşlığa dəvət edirik. Əlbəttə, AUDİO Maarif layihəsi daxilində çox sadə yolla dinimizə xidmət etmək arzusunda olan hər kəsin əməkdaşlıq təklifini və təcrübi yardımını alqışlayırıq.

Layihənin test mərhələsində iştirak etmək üçün tələb olunur:

1.    Rizvan.Net saytının dualar bölməsində Kumeyl duasının Azərbaycan dilinə tərcüməsindən bir parçanı seçib, bir neçə dəfə diqqətlə oxumaq lazımdır.
Kumeyl duası: http://www.rizvan.net/az/articles/maarif/30-dua/1308-kumeyl-duasi.html
2.    Səsləndiməyə hazır olduqda mobil telefon vasitəsi ilə səs yazılıb və mərkəzə göndərirməlidir.
Android üçün ASR səs yazısı proqramı: http://www.almahdi.ru/virtual/ASR.apk

Qeyd:
1-    Bu bir test mərhələsidir. Kişilərlə yanaşı xanımların da bu layihədə iştirakı azaddır. Test mərhələsində qəbul olan şəxslərlə mərkəz tərəfindən əlaqə saxlanılacaq. Lazım olan təqdirdə ifalarını daha mükəmməl və uyğunlaşdırmaq üçün tövsiyələr ediləcək.
2-    Layihənin hər bir iştirakçısı xoşladığı hər bir dini materialı səsləndirə bilər. Lakin səsyazısı ilə səsləndirdiyi mətni də mərkəzə göndərməlidir.
3-    Möminə xanımlar nəzərdə tutmalıdırlar ki, naməhrəmlərin də onların səsini eşitmək imkanları olacaq. Ona görə evli xanımlar həyat yoldaşlarının izni və subay bacılarımız isə valideynlərinin icazəsi ilə layihəyə qoşula bilərlər.
4-    Lazım olarsa mərkəz, ifa edicinin anonimliyini qorumağı öz öhdəsinə alır. Ancaq layihəyə əsasən hər bir ifadan öncə və ya sonra ifaçının adı səslə və ya yazılı formada qeyd olunmalıdır.
5-    Sakit bir otaqda mobil telefon vasitəsi ilə səslərin yazılması mərkəzi tamamilə qane edir. Eyni zamanda mərkəz, digər vəsaitdən istifadə edilməsinə maneəçilik törətmir.
6-    Səs yazıları bütün formatlarda qəbul olunur. Hər bir göndərilən faylın həcmi 3 megabaytdan artıq olmamalıdır. Ona görə xahiş olunur test üçün 5 dəqiqədən artıq səs yazılmasın.
7-    Əlavə izah və ya şəxsi suallara cavab almaq istəyənlər bu (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) ünvana məktub yaza bilərlər.
8-    Bu layihədə iştirak tamamilə pulsuzdur və heç kimə də zəhmətinin müqabilində pul verilməyəcək. Bu layihə, maddi təmənnasız xidmət arzusunda olanlar üçün hazırlanıb. Malı ilə İslama kömək etmək iqtidarında olmayan istedadlı və həvəskar insanlar qafilədən geri qalmamaq üçün bu sahədə özlərini sınaya bilərlər.

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri
03.11.2016

ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri