Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Allahın adı ilə.
Bu sual həmişə məni düşündürüb, narahat edib ki, görəsən hansı yollarla insanları Allah kitabına bağlamaq olar? Hansı ki Qur'an təlimatından uzaq düşmək, mənəvi, əxlaqi, elmi, irfani, ictimai, psixoloji, sosioloji, iqtisadi və həyatın bütün sahələrini əhatə edən vəhy kəlamı ilə ünsiyyət yaratmamaq, bu gün islam dünyasının böyük dərdlərindən biri sayılır, geriçiliyin əsas səbəbi hesab olur.
Quranı üzündən oxumağı bacarmaq da bu boşluğu doldura bilmir. Çünki mənanı düşünməyəndə, istər-istəməz insan bir az qiraətdən sonra az-çox yorulur; əksinə oxuduqlarını başa düşmək həm çox oxumağa həvəs yaradır, insan oxuduqca oxumaq istəyir, həm hifz üçün ən böyük təkandır, insan Quranla məna ünsiyyəti qurur, Allah kəlamı insanı moizə edir və insanın tədricən Qur'an məntiqi ilə düşünməsi və yaşamasına gətirib çıxarır. Qur'anın özünün bu qədər "düşünün", "tədəbbür edin" buyurması yalnız mənanı bilməklə mümkündür və əslində qiraət dərk üçün müqəddimədir.
Qarşıdakı maneə
Qur'an tərcüməsinin önəmini dərk etsək də, bunu qısa müddətdə bacarmaq, qeyri-ərəblər üçün o qədər də asan deyil. Hazırkı klassik üslubla ərəb dilini bilməli, sərf-nəhv elmlərini öyrənməli, xüsusilə nəhv elmində təcziyə-tərkibdə məharətə yiyələnməli, kifayət qədər ərəb lüğəti bilməli və daha sonra yavaş-yavaş Qur'an ayələrini tərcümə etməyə başlamaq lazımdır. Bunun üçün ən azı iki il vaxt lazımdır. Bu vaxt, bu istedad, bu imkanat isə çoxlarında yoxdur; odur ki, bu fikirdən daşınır və beləliklə ərəb olmayan dünya müsəlmanlarının böyük əksəriyyəti Allah kitabını oxuduqda, mənasını başa düşmür; hətta təəssüflə demək olar ki, bir sıra din tələbələri və ruhanilər belə lazımı tərcümə bacarığına sahib deyillər.
Çıxış yolu
O zaman nə etməli? Bir tərəfdən mənanın önəmi, digər tərəfdən tərcümənin rahat əlçatımlı olmaması düyününü necə açmalı?
Artıq sözümüzün canına gəlirik. Cavab olaraq qeyd edim ki, şükürlər olsun ki, bir qrup tədqiqatçı Quranşünas alim, məlum problemi həll etməyi bacarmışlar və asan yollarla Quranın ən qısa zamanda tərcümə edilməsi üslubu haqda kitablar yazmışlar.
Sözügedən metod əsasən:
  • Quranda təkrarlanmış söz və sözbirləşmələrini əzbərləmək
  • uzun-uzadı olmayan qısa ümumi işlək sadə qrammatik qaydaları bilmək
  • dilimizdə tanış olan sözlərə baxış və s. kimi bir sıra çalışmalar, məşqlərə əsaslanır.
Tərcümə kursu
Beləliklə Allahın izni, Zəmanə Sahibinin (əc) nəzəri altında, asan və çoxlarına yorucu deyil maraqlı olacaq bir üslubla Qurani-Kərimin tərcüməsi dərslərini keçməyi qərara aldıq. Qeydiyyat işi başa çatdıqdan sonra, yaxın gələcəkdə başlayacaq internet üzərindən olan sözügedən dərslərə qoşulmaq istəyənlər, aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər.
Qeyd:
  1. Təbii ki bu dərslərdə iştirak etməyin ilk şərti qiraəti bacarmaqdır.
  2. Sonda kursu bitirənlərə Odessa Əhli-beyt İslam Təşkilatı tərəfindən rəsmi sertifikat da verilməsi, nəzərdə tutulur.
  3. Həftədə iki dəfə axşam saatları üçün nəzərdə tutulmuş bu dərslər, ikinci əyyamdan sonra başlayacaq, inşallah.
Əlavə məlumat və qeydiyyat üçün nömrə: +994 55 777 57 52
Hörmətlə: Adil Əhmədov
Mənbə: https://www.facebook.com/profile.php?id=100015791888869
Bir 1 nəfər və mətn şəkili ola bilər
loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri