Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Mehriban Allahın adı ilə.

قال محمد بن علی الباقر علیه السلام: لَقَدْ كَانَتَ‏ عليها السلام مَفْرُوضَة الطَّاعَة عَلَى جَمِيعِ مَنْ خَلَقَ اللَّهُ مِنَ الْجِنِّ وَ الْإِنْس وَ الطَّيْرِ وَ الْوَحْشِ وَ اَلاَنبياء وَ الْمَلَائِكَةُ

İmam Baqir ələyhissəlam buyurmuşdur: Xanım Fatimənin (əs) itaəti insanlar, cinlər, quşlar, heyvanlar, peyğəmbərlər və mələklər daxil olmaqla bütün məxluqata vacibdir. (Dəlailul-imamə, səh. 28)


Dəyərli xanımlar və hörmətli inzibatçılar! Salam.

Sizi, xanımlar xanımı Həzrət Fatimeyi-Zəhra əlayha səlamın mövludu - "Müsəlman Qadınlar Günü" münasibətilə təbrik və inzibatçı olaraq «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzində çəkdiyiniz bütün zəhmətlərə görə təşəkkür edirik! Həyatınızda sizə mənəviyyat və nurla dolu sevincli günlər arzulayırıq.

Sizin zəhmətləriniz təhsil bölməsində misilsizdir. Sizin zəhmətlərinizin sayəsində hər təhsil mövsümündə mərkəz 50-dən artıq dərsi və sinifləri təşkil etməyə imkan tapır. Sizin əməyinizin bəhrəsi olaraq hər il yüzlərlə elmsevər insan İslam maarifi ilə tanış olur və dinin təlimatını öyrənə bilir.

Baxmayaraq ki, işiniz ağır olur, lazım gəldikdə texniki problemləri həll etməli, müəllimlər və şagirdlərlə mütəmadi ünsiyyətdə olmalı, eyni zamanda dərs oxumalı, ailə və ev işlərini çatdırmalı, bəzən xeyirdən-şərdən qalmalı olursunuz, lakin siz yorulmadan yüksək enerji və məhəbbətlə müxtəlif xarakterli müəllim və şagirlərlə işləyir və müqəddəs dinimizin ali hədəflərinə xidmət edirsiniz. Allah sizdən razı olsun!

Allah, sizi İmam Məhdi (əc) əsgərləri və Xanım Zəhra (əs) köməkçiləri sırasında məşhur və məhşur etsin! Allah sizə bərəkət versin! Təmənnasız və ixlasla etdiyiniz xidmətlər üzünüzü Allah dərgahında ağ eləsin!

Bir daha mövlud bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik!

BAYRAMINIZ MÜBARƏK OLSUN!

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti

22.01.2022


 T Ə B R İ K N A M Ə


loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri