Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Şahid və hakim olan Allahın adı ilə.

وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنفُسِهِمْ أَلَسْتَ بِرَبِّكُمْ قَالُواْ بَلَى شَهِدْنَا - الاعراف ۱۷۲

O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı  və onları özlərinə şahid tutdu ki: “Mən sizin Rəbbiniz deyiləmmi?” Onların hamısı: “Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik” dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü “biz bundan (tovhid və rübubiyyətdən) qafil idik” deyəsiniz. (Əraf surəsi: 172)
 
Bu ayə ilə başlamağımız heç də əbəs deyildir. Məgər hər şey Allaha olan şəhadətlə başlamırmı? Onu tanımaq, özünü tanımaq, getdiyin yolu tanımaq, bu yoldakı müqəddəs bələdçiləri tanımaq və ən əsası həyatın qayə və məqsədini bilib pak fitrət üzərə yaşamaq. İlahi peyğəmbərlərin əsas hədəfləri də məhz budur. Peyğəmbərlər tarix boyu insanlara haqqı deməyi, haqqı eşitməyi, nəticədə ruhlarını günah və çirkinliklərdən hifz edib, fitrət xəzinələrini aşkara çıxarmağa gəliblər. Gəliblər ki unutduğumuz şəhadəti bizə xatırlatsınlar. Məgər Allah tərəfindən göndərilən vəhyin məqsədi insanın fitrətini oyatmaq, bununla da insana dinin əməli məsələlərini öyrətmək, fitrətində olanı kəşf edib və daxilində olanı xatırlatmaq deyilmi?

İnsanın öz fitrətinə qayıtması, əslini tanıması niyə önəmlidir? Bunun şəhadətlə olan əlaqəsi nədir? Cavab budur: “Özünün əsl varlığını tanıyan adam, onun əbədi dəyərini anlayar, onu cihad və şəhadət bazarında qiymətli şəhadət təklifinin alıcısı və şəhid canının qiymətli müştərisi olan Allaha satar:

إِنَّ اللَّهَ اشْتَرَى مِنَ الْمُؤْمِنِينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ - التوبة ۱۱۱

“Allah, şübhəsiz ki, möminlərdən canları və mallarını satın almışdır”. (Tövbə surəsi:111)

Pak fitrət üzərə yaşamaq həm də buna görə vacibdir ki, canımızı, malımızı ən yüksək qiymətə, ən gözəl və ən ədalətli müştəriyə sata bilək. Bu yaşam tərzini öyrənməyin müxətlif yolları vardır. Lakin bunun ən asan və sürətli yolu bu yolu gedənlərdən – şəhidlərdən öyrənməkdir. (Yazıçı - din xadimi Mahir Şəkərovun "Şəhadət" əsərindən)


Dəyərli izləyicilər və hörmətli tələbələr, mövzunun özəlliyini nəzərə alıb ustad Höccətül-İslam Firuz Süleymanovun təqdimatında "Şəhadət məktəbi" adlı açıq leksiyanın proqramını təqdim edirik. Diqqətinizə çatdırırıq hər kəsin iştirakı sərbəstdir. Sadəcə teleqram vasitəsilə onlayn keçiriləcək leksiyada iştirak etmək üçün qrupda üzv olmaq lazımdır. Qeydiyyat üçün aşağıda göstərilən nömrələrlə əlaqə saxlamağınız rica olunur:

Çərşənbə axşamları (7, 14, 21, 28 fevral + 7 mart 2023), 22:00 - 23:30

     0098 990 237 07 37 Bəylər üçün
     0098 990 237 07 38 Xanımlar üçün

Bütün iştirakçılara mənəvi saatlar arzusu və sayğılarla:

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti

Bakı - 17 yanvar 2023

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri