Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Mehriban və bağışlayan Allahın adı ilə

قال مَوْلاَنَا اَمِیرُ الْمُؤْمِنِینَ عَلِیُّ بْنِ اَبِی طَالِبٍ علیهما السّلام: إنَّ أحسَنَ النّاسِ عَيشاً مَن حَسُنَ عَيشُ النّاسِ في عَيشِهِ (غرر الحکم - ۳۶۳۶)

Mövlamız, möminlərin əmiri Əli ibni Əbitalib (ə) buyurmuşdur: Digər insanların həyatını gözəlləşdirən bir yaşayış, ən gözəl yaşayışdır. (Qurərul-hikəm: 3636)

  • Mən niyə varam?
  • Eniş-yoxuşlu, bəzən əzab-əziyyətli, uğur və uğursuzluqla dolu bir dünyada yaşamağımın mənası nədir?
  • Ümumiyyətlə həyat nə üçündür?
  • Həyatın mənasını bizmi yaradırıq, yoxsa reallıq aləmində bu məna vardır?

Hər bir insan həyatında yuxarıdakı suallarla qarşılaşa bilər. Bəzən bu suallar qorxulu görünə bilər. Çünki insanın həyatda necə yaşaması, onun həyata necə məna verməsindən asılıdır. Qarşıda bir perspektivlik, işıqlı gələcək görünmürsə, artıq yaşayış detalları mənasız görünür və bu bəzən puçluq, nihilizmlə nəticələnir; bu isə olduqca qorxuludur.

Varlığın səbəbinin axtarışında olmaq, həm də insan yaraları üçün müalicəvi əhəmiyyətlidir. Hətta "məna" ilə müalicə sahəsi (loqoterapiya) də mövcuddur. "Məna" nədir? Müsəlman xalqların sağlam ruhu və mənalı həyatını qorumaqdan ötrü çoxlarının primitiv hesab etdikləri həyatın mənasına bir daha nəzər salınmalıdır. Bu məqsədlə mərkəzimizdə İmam Sadiq (ə) İslam Maarif Mərkəzinin əməkdaşlığı ilə ümmətin işıqlı gələcəyi naminə mümkün yanlışlıqları və nöqsanları aradan qaldırmaq üçün hazırkı vebinar planlaşdırılmışdır. 

Vebinar haqqında:

1. Vebinar ustad Höccətül-İslam Hacı Adil Əhmədovun təqdimatında 2024-cü il oktyabr ayının birinci yarısı keçiriləcəkdir.
2. Mühazirələrin günü və saatı:

  • Birinci mühazirə:         3 oktyabr 2024 {16:30 - 18:00} (Bakı vaxtı ilə)
  • İkinci mühazirə:          7 oktyabr 2024 {16:30 - 18:00} (Bakı vaxtı ilə)
  • Üçüncü mühazirə:     10 oktyabr 2024 {16:30 - 18:00} (Bakı vaxtı ilə)
  • Dördüncü mühazirə:  14 oktyabr 2024 {16:30 - 18:00} (Bakı vaxtı ilə)
  • Beşinci mühazirə:      17 oktyabr 2024 {16:30 - 18:00} (Bakı vaxtı ilə)

3. Vebinarda iştirak etmək istəyənlər 30 sentyabr 2024 tarixinədək qeydiyyata düşməlidirlər.
4. Güldanə xanım Cəfərova layihənin icraçı məsulu, Aytac xanım Miriyeva vebinarın inzibatçısıdır.
5. Teleqram tətbiqi vasitəsilə əlaqə nömrəsi: 00994702281822
6. Bütün izləyicilər və vebinar iştirakçıların diqqətinə çatdırırıq ki, 5 vebinarın hamısında müntəzəm iştirak edənlərə ŞƏHADƏTNAMƏ təqdim ediləcək.


«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin TELEQRAM KANALI
«İmam Sadiq (ə)» İslam Maarif Mərkəzinin TELEQRAM KANALI


Dəyərli izləyicilər və hörmətli tələbələri, qarşıdan gələn mövlud bayramı - Peyğəmbərimiz Həzrət Muhəmməd Mustafanın (s) doğum günü - Vəhdət həftəsi münasibətilə təbrik edir, hər kəsə Quran və iman sayəsində mənalı və mənəvi ömür arzulayırıq. Allah bayramınızı mübarək eləsin!

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti

Bakı şəhəri - 05.09.2024

 

 

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri