QƏDİRİYYƏ ZİYARƏTİ – Müsabiqə

QƏDİRİYYƏ ZİYARƏTİ – Müsabiqə

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi İmamət və Vilayət bayramı – Mübarək Qədir Xum bayramı münasibətilə maarifləndirici Qədiriyyə onlayn müsabiqəsinin keçiriləcəyini elan edir. Əlavə məlumat üçün Teleqramla göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz: 00989902370737

Əzəmət, tədbir və hikmət sahibi, gözəl Allahın adı ilə

إنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ (المائدة: ۵۵)

“Sizin rəhbəriniz ancaq Allah, Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər.” (Maidə surəsi, 55-ci ayə)

Əziz tələbələr və kanalımızın hörmətli izləyiciləri! «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi, «İnci» Qadın Birliyinin əməkdaşlığı ilə “Qədir Xum” – İmamət və Vilayət bayramı münasibətilə QƏDİRİYYƏ müsabiqəsi keçirəcəkdir.

30 may 2026 keçiriləcək onlayn müsabiqədə iştirak etmək istəyən 18 yaşına çatmış bəylər və xanımlar saytımızda qeydiyyatdan keçməli və verilən mətni mütaliə edərək yeniliklərdən xəbərdar olmaq üçün mütəmadi mərkəzin rəsmi teleqram kanalını izləməlidirlər. Suallarla və müsabiqənin icrası ilə kanalımız vasitəsilə tanış ola biləcəksiniz.

Qədiriyyə müsabiqəsi “Qədiriyyə ziyarəti” əsasında tərtib edilmişdir. Əhli-Beyt (ə) məktəbinin əqidə və əxlaq prinsiblərini ehtiva edən ziyarətnamə İmam Hadidən (ə) nəql edilmişdir. Bizim məqsədimiz iştirakçıları 10-cu imamın kəlamında 1-ci imamın məqamı ilə tanış etməkdir.

Qədiriyyə ziyarətinin ərəbcə mətni və Azərbaycan dilində tərcüməsilə tanış olmaq üçün aşağıda qeyd olunan ünvanlara müraciət edə bilərsiniz. Diqqətinizə çatdırırıq ki, müsabiqənin sualları ziyarətnamənin qırmızı rənglə işarələnmiş hissələrindən gələcəkdir.

Əlavə məlumat üçün Teleqramla göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994515610908, 00989902370737 + @almahdi_muraciat

Qeyd: Müsabiqədə ən yüksək bal qanazmış 5 nəfər mərkəz tərəfindən mükafatlandırılacaq. Eyni bal toplamış şəxslər arasında püşk atılacaq.

      • 1-ci yer = 75 AZN + 75 AZN (“İnci”dən) + 50 (Xeyriyyəçi) + 100 (Fajr.book)
      • 2-ci yer = 75 AZN + 50 AZN (“İnci”dən) + 50 (Xeyriyyəçi) + 50 (Fajr.book)
      • 3-cü yer = 75 AZN + 25 (“İnci”dən) + 50 (Fajr.book)
      • 4-cü yer = 75 AZN + 25 (“İnci”dən)
      • 5-ci yer = 50 AZN + 25 (“İnci”dən)

(Xeyriyyəçilər layihəyə qoşulub daha artıq sayda insanın mənəvi bəhrə aparması və qaliblər sırasında yer almasına vasitə ola bilərlər.)

Əziz möminlər və Əhli-Beyt (ə) yolunun davamçıları, qarşıdan gələn bayramlar, xüsusilə “Qədir Xum” bayramı münasibətilə hər birinizi təbrik edirik, sizə “Haqq” yolunda səbir  və İmam Zaman (əc) ağanın sayəsində bütün “Haqq” tərəfdarlarına qələbə arzulayırıq.

“Qədir Xum” bayramı İslam tarixində mühüm hadisələrdən biridir. Peyğəmbərimiz Həzrət Muhəmməd (s) son həcc ziyarətindən Mədinəyə qayıdarkən Qədir Xum məntəqəsində Həzrət Əlinin (ə) Allah tərəfindən ümmətə rəhbər seçilməsinin elan edildiyi günü Əhli-Beyt (ə) yolunun davamçıları böyük bayram olaraq qeyd edir və Allaha verdiyi “vilayət” nemətinə görə şükür edirlər.

BAYRAMINIZ MÜBARƏK, ƏZİZ MÖMİNLƏR!

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti 
Bakı şəhəri – 23.04.2026