TANRI VARLIQLA YOXLUQ ARASINDA – Kitab

TANRI VARLIQLA YOXLUQ ARASINDA – Kitab

Allahın adı ilə.

Dəyərli izləyicilər və «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müəllim və şagirdləri, salam.

Hörmətli alim Şeyx Təbriz Qasımovun qələmə aldığı TANRI VARLIQLA YOXLUQ ARASINDA əsərinin PDF nüsxəsi mütaliəniz və bəhrələnməniz üçün müəllif tərəfindən sizə təqdim olunur.

KİTABI ENDİR


ÖN SÖZ ƏVƏZİ

Əlinizdəki bu kitab Tanrının varlığı mövzusunda populyar müstəvidə qələmə alınmış kiçikhəcmli bir əsərdir. Kitabda Tanrının varlığı mövzusu ilə bağlı ateistlərin ortaya atdıqları bir sıra şübhələr elmi-fəlsəfi aspektdən araşdırılmışdır. Hər kəsin oxuyub rahat başa düşməsi üçün kitabı sadə və anlaşıqlı dildə yazıb, mümkün qədər çətin anlaşılan mürəkkəb terminlərdən istifadə etməməyə çalışmışam. Fikrimcə, fəlsəfi kitablar təkcə akademik müstəvidə yazılmamalı, hər kəsin başa düşəcəyi populyar müstəvidə də fəlsəfi kitablar qələmə alınmalıdır. Əksər insanların fəlsəfi kitabları oxumamalarının səbəbi bu sahədə yazılan kitabların dilinin ağır olmasıdır. Ümid edirəm ki, əlinizdəki bu kitab həm məzmun, həm də dil baxımından sizi qane edəcəkdir.

Təbriz Qasımov
06.24.2021