Əziz həmvətənlər! Diqqətinizə çatdırırıq ki, virtual olaraq keçiriləcək İslam maarifi dərslərində iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidir. Əlaqə nömrəsi: +989902370738 ![]()
Allahın adı və yadı ilə
قَالَ رَسُولُ الله (ص): طَلَبُ الْعِلْمِ سَاعَةٌ خَيْرٌ مِنْ قِيامِ لِيْلِةٍ وَ طَلَبُ اْلعِلْمِ يَوْماً خَيْرٌ مِنْ صِيامِ ثَلاثَةِ أَشْهُرٍ (کنز العمال – ۲۸۶۵۶)
Allahın elçisi Həzrət Muhəmməd (s): Bir saat elm öyrənmək bir gecənin ibadətindən üstündür, bir gün elm öyrənmək isə üç ayın orucundan üstündür. (Kənzul-ummal: 28656)
Dəyərli möminlər və əziz izləyicilər, salam.
İslam dini ilə tanış olmaq, Quran və Əhli-Beyt (ə) təlimlərinə yiyələnmək istəyən hər kəsi yeni təhsil ilində keçiriləcək virtual İslam maarifi dərslərində iştirak etməyə dəvət edirik. Dərslərdə iştirak etmək üçün ad, soyad, ata adı və telefon nömrəsi ilə qeydiyyatdan keçmək kifayətdir. Dərslər pulsuzdur.
Qeydiyyat üçün (1 avqust – 31 avqust 2026) teleqram tətbiqi vasitəsilə bu nömrələrlə əlaqə saxlaya bilərsiniz:
Bəylərin müraciəti üçün: +989902370737 ![]()
Xanımların müraciəti üçün: +989902370738 ![]()
“İslam maaarifi dərsləri” dedikdə İslam əqidələri, İslam hökmləri, İslam əxlaqı, İslam tarixi, Quran və hədis elmləri nəzərdə tutulur.
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzində 2026-27 təhsil ilinin birinci yarısı sentyabr ayının 10-da başlayacaq və dekabr ayının 25-ə qədər davam edəcək. 2027-cı il yanvar ayının 10-dan 20-nə qədər birinci yarım ilin imtahan mövsümüdür. 1 fevral 2027 ikinci yarım təhsil ili başlaycaq və 20 may dərslər bitəcək.
Həyatınızın hər bir sahəsi ilə yanaşı təhzib, təhsil və tədrisdə sizə uğurlar arzulayırıq.
Hörmət və qayğı ilə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Bakı şəhəri / 17 avqust 2026

