ƏQAİDUL-İMAMİYYƏ | DƏRS

ƏQAİDUL-İMAMİYYƏ | DƏRS

İslam maarifində dini əqidələri qəti dəlillərlə isbat etmək və onlara yönələn şübhələri dəf etmək üçün inkişaf etmiş elmlərdən biri «kəlam» elmidir.

Kəlam elmi, metod və mövzu baxımından müxtəlif növlərə ayrılır. Onlardan biri də təbyini kəlamdır; yəni bir şiənin, digər məzhəblərdən asılı olmayaraq, əsas etibarilə hansı məsələlərə iman gətirməli olduğu və nə üçün iman gətirməli olduğu araşdırılan «kəlam» növüdür.

Bu sahədə şiənin böyük alimləri tərəfindən çoxsaylı əsərlər qələmə alınmışdır. Onlardan biri də Mərhum Şeyx Müzəffərin yazdığı «Əqaidül-İmamiyyə» əsəridir.

Bu dərsdə, ustad Höccətül-İslam Şeyx Tural Salmanov tərəfindən həmin kitab əsas götürülməklə, şiənin təməl əqidə və inancları araşdırılacaqdır.

Siz də öz əqidələrinizin «Əhli-Beyt (ə)» məzhəbinə uyğun olmasını istəyirsinizsə, həftədə iki dəfə bazar ertəsi və cümə axşamı saat 21:00-22:30 bu dərsə qoşulun, əqidənizi möhkəmləndirin və şübhələri aradan qaldırın.

Dərsə qoşulmaq üçün ad, soyad və ata adınızı teleqram vasitəsilə aşağıda göstərilən nömrələrə yazmaq yetərlidir.

Bəylərin müraciəti üçün:     +989902370737   

Xanımların müraciəti üçün: +989902370738 

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti 

Bakı şəhəri / 18 avqust 2026