Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Elm və hikmət sahibi uca Yaradanın adı ilə.

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ - الجمعة: ۲

Ümmi ərəblərə özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər. (Cümə surəsi, ayə: 2)

Allahın, mələklərin və saleh bəndələrin salam və salavatı olsun Mövlamız Həzrət Muhəmmədə və Onun pak Əhli-Beyti, məsum İmamlara! Xüsusi salam və salavat olsun xanımlar Xanımı Anamız Həzrət Fatiməyə və o Həzrətin sadiq və layiq şiələrinə.

Hörmətli izləyicilər, əziz Analar, iffətli xanımlar və dəyərli Quran təlimçiləri, salam. Mövlud bayramınız - Müsəlman Qadınlar Günü hər birinizə mübarək olsun!

«QURAN TƏLİMÇİSİ HAZIRLIĞI KURSU» adlı layihənin təşkilindən məqsəd Qurani Kərimin təlimi üzrə bacarıqlarımızı təkmilləşdirmək, tədris üzrə metodumuzu yeniləmək və peşəkarlardan təlim alıb təlimçi olmaqdır. Təlimçilər, kursda iştirak zamanı çox əhəmiyyət kəsb edən və kursun özəyini təşkil edən tədris üslüblarından əlavə Qurani Kərimlə əlaqədar bir sıra ümumi biliklərlə də tanış olacaqlar. «İmam Sadiq (ə)» İslam Maarif Mərkəzinin əməkdaşlığı ilə təşkil olunacaq «Quran təlimçisi hazırlığı kursu»nun daha səmərəli keçməsi üçün dəyərli Quran müəllimi, tanınmış qari və hafiz Höccətül-İslam vəl-müslimin Seyid Rəhmani cənabları kursda tədrisə dəvət edilmişdir. Həmçinin Höccətül-İslam Hacı Adil Əhmədov, Höccətül-İslam Rəsul Mahmudov və digər ustadların kursda tədrisi planlaşdırılıb.

Kursda iştirak etmək üçün qeydiyyatdan keçmiş 51 nəfər ilk olaraq dəyərlindirmə mərhələsinə keçid aldılar. Proqrama əsasən Ustad Seyid Rəhmani, iştirakçıların Quran oxuması ilə tanış olduqdan və giriş imtahanı götürdükdən sonra fərdin kursa qəbul edilib-edilməyəcəyi bəlli olmalı idi. Belə də oldu, 12 nəfər ilkin imtahanda uğur qazanaraq kursda iştirak üçün vəsiqə qazandı. Ustad Rəhmani digər qeydiyyatdan keçənlərə də şans verərək 1 aylıq kursa qəbul üçün hazırlıq dərsləri keçdi və sonda yenə imtahan götürdü.

Yerdə qalan 39 nəfərdən 38-i imtahanda iştirak etdi. Ümumilikdə 28 nəfər 100-dən 90 və ondan artıq bal toplamaqla ixtiasaslaşdırılmış kursa qəbul oldu. Diqqətinizə çatdırırıq ki, «QURAN TƏLİMÇİSİ HAZIRLIĞI KURSU»nun dərs cədvəli hazırdır və gələn həftənin birinci günündən - 23 dekabr 2024 - etibarən dərslərə start veriləcək.

«QURAN TƏLİMÇİSİ HAZIRLIĞI KURSU» 2025-ci il yanvar ayının 31-də yekunlaşacaq.

Qeydiyyatdan keçmiş və kursa hazırlıq mərhələsində iştirak edən lakin lazım olan balı toplaya bilməyən iştirakçılar üçün hazırlıq kursu yanvar ayının sonuna qədər köhnə qaydada davam edəcək. Eyni zamanda mərkəz bu şəxslər üçün «DÜZGÜN QİRAƏT» adlı Qurani-Kərimin tilavəti üzrə müsabiqənin keçirilməsini nəzərdə tutmuşdur. Sırf müsabiqə üçün edilən ehsandan 1-ci yeri tutan şəxsə 150 AZN, 2-ci yeri tutan şəxsə 115 AZN və 3-cü yeri tutan qalibə isə 85 AZN mükafat veriləcəkdir.

Vəhyə xidmət şərəfinə layiq olmuş hər kəsə uğurlar arzulayırıq.
Allah, müvəffəq eləsin.

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Bakı şəhəri - 19.12.2024



DƏRSLƏRİN CƏDVƏLİ

Dərslər 23 Dekabr 2024-cü il tarixindən etibarən başlayır və 40 gün müddətində davam edəcəkdir.

GÜN

SAAT

DƏRS

MÜƏLLİM

23 dekabr 2024

14:00

15:30

"Tədris sahəsinə giriş üçün zəruri ilkin şərtlərin və hazırlıqların izahı – 1-ci dərs - (ümumi 1 dərs)".

Ustad Seyid Rəhmani

19:00

20:30

Quran elmləri haqqında ümumi məlumat - 1-ci dərs

(ümumi 6 dərs)

Ustad Adil Əhmədov

24 dekabr 2024

19:30

21:00

Birinci dərsin məzmununun izahı - 1-ci dərs

(ümumi 1 dərs)

Ustad Seyid Rəhmani

25 dekabr 2024

19:30

21:00

Kiçik surələr haqqında ümumi məlumat – 1-ci dərs

(ümumi 5 dərs)

Rəsul Mahmudzadə

26 dekabr 2024

18:30

20:00

Təhrif mövzusunda Quran haqqında şübhələrə cavab

– 1-ci dərs

(ümumi 4 dərs)

Ustad Adil Əhmədov

27 dekabr 2024

       

28 dekabr 2024

19:30

21:00

"Sinif idarəçiliyi metodlarının izahı – 1-ci dərs".

(ümumi 2 dərs)

Ustad Seyid Rəhmani

29 dekabr 2024

       

30 dekabr 2024

14:00

15:30

"Sinif idarəçiliyi metodlarının izahı – 2-ci dərs".

(ümumi 2 dərs)

Ustad Seyid Rəhmani

19:00

20:30

Quran elmləri haqqında ümumi məlumat - 2-ci dərs

(ümumi 6 dərs)

Ustad Adil Əhmədov

31 dekabr 2024

19:30

21:00

Dərs planının tərtibi".

(ümumi 1 dərs)

Ustad Seyid Rəhmani

1 yanvar 2025

19:30

21:00

Kiçik surələr haqqında ümumi məlumat – 2-ci dərs

(ümumi 5 dərs)

Rəsul Mahmudzadə

2 yanvar 2025

18:30

20:00

Təhrif mövzusunda Quran haqqında şübhələrə cavab

– 2-ci dərs

(ümumi 4 dərs)

Ustad Adil Əhmədov

3 yanvar 2025

       

4 yanvar 2025

19:30

21:00

Quranı üzündən oxuma tədrisi üçün ümumi metodlar – 1-ci dərs

(ümumi 4 dərs)

Ustad Seyid Rəhmani

5 yanvar 2025

       

6 yanvar 2025

14:00

15:30

Quranı üzündən oxuma tədrisi üçün ümumi metodlar – 2-ci dərs

(ümumi 4 dərs)

Ustad Seyid Rəhmani

19:00

20:30

Quran elmləri haqqında ümumi məlumat - 3-cü dərs

(ümumi 6 dərs)

Ustad Adil Əhmədov

7 yanvar 2025

19:30

21:00

Quranı üzündən oxuma tədrisi üçün ümumi metodlar – 3-cü dərs

(ümumi 4 dərs)

Ustad Seyid Rəhmani

8 yanvar 2025

19:30

21:00

Kiçik surələr haqqında ümumi məlumat – 3-cü dərs

(ümumi 5 dərs)

Rəsul Mahmudzadə

9 yanvar 2025

18:30

20:00

Təhrif mövzusunda Quran haqqında şübhələrə cavab

– 3-cü dərs

(ümumi 4 dərs)

Ustad Adil Əhmədov

10 yanvar 2025

       

11 yanvar 2025

19:30

21:00

Quranı üzündən oxuma tədrisi üçün ümumi metodlar – 4 -cü dərs

(ümumi 4 dərs)

Ustad Seyid Rəhmani

12 yanvar 2025

       

13 yanvar 2025

14:00

15:30

Təcvid tədrisi üçün ümumi metodlar – 1-ci dərs

(ümumi 6 dərs)

Ustad Seyid Rəhmani

19:00

20:30

Quran elmləri haqqında ümumi məlumat – 4 -cü dərs

(ümumi 6 dərs)

Ustad Adil Əhmədov

14 yanvar 2025

19:30

21:00

Təcvid tədrisi üçün ümumi metodlar – 2-ci dərs

(ümumi 6 dərs)

Ustad Seyid Rəhmani

15 yanvar 2025

19:30

21:00

Kiçik surələr haqqında ümumi məlumat – 4-cü dərs

(ümumi 5 dərs)

Rəsul Mahmudzadə

16 yanvar 2025

18:30

20:00

Təhrif mövzusunda Quran haqqında şübhələrə cavab

– 4-cü dərs

(ümumi 4 dərs)

Ustad Adil Əhmədov

17 yanvar 2025

       

18 yanvar 2025

19:30

21:00

Təcvid tədrisi üçün ümumi metodlar – 3-cü dərs

(ümumi 6 dərs)

Ustad Seyid Rəhmani

19 yanvar 2025

       

20 yanvar 2025

14:00

15:30

Təcvid tədrisi üçün ümumi metodlar – 4-cü dərs

(ümumi 6 dərs)

Ustad Seyid Rəhmani

19:00

20:30

Quran elmləri haqqında ümumi məlumat – 5 -ci dərs

(ümumi 6 dərs)

Ustad Adil Əhmədov

21 yanvar 2025

19:30

21:00

Təcvid tədrisi üçün ümumi metodlar – 5-ci dərs

(ümumi 6 dərs)

Ustad Seyid Rəhmani

22 yanvar 2025

19:30

21:00

Kiçik surələr haqqında ümumi məlumat – 5-ci dərs

(ümumi 5 dərs)

Rəsul Mahmudzadə

23 yanvar 2025

18:30

20:00

Quran elmləri haqqında ümumi məlumat – 6 -cı dərs

(ümumi 6 dərs)

Ustad Adil Əhmədov

24 yanvar 2025

       

25 yanvar 2025

19:30

21:00

Təcvid tədrisi üçün ümumi metodlar – 6-cı dərs

(ümumi 6 dərs)

Ustad Seyid Rəhmani

26 yanvar 2025

       

27 yanvar 2025

14:00

15:30

İmtahan və qiymətləndirmə metodları – 1-ci dərs

(ümumi 2 dərs)

Ustad Seyid Rəhmani

19:00

20:30

Tədris və Təlim üsulları - 1-ci dərs

(ümumi 1 dərs)

Ustad Adil Əhmədov

28 yanvar 2025

19:30

21:00

İmtahan və qiymətləndirmə metodları – 2-ci dərs

(ümumi 2 dərs)

Ustad Seyid Rəhmani

29 yanvar 2025

       

30 yanvar 2025

19:30

21:00

İmtahan

 

31 yanvar 2025

19:30

21:00

Yekun iclas

 

Allahdan hər kəsə müvəffəqiyyətlər arzu edirik.

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri