Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Aşağıda adları çəkilən tələbələr uzun müddətli təlim və hazırlıqdan sonra iki dəfə mərkəzin Quran bölməsində imtahan verib, şəri cəhətdən məqbul səviyyədə Quran oxumaq bacarıqlarını kəsb etdiklərini təsdiqləyən şəhadətnamələrə yiyələnmişlər.

Allahın adı ilə.

لَّا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ ۖ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ - فصلت ۴۲

Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir. (Fussilət: 41)

Dəyərli Quransevərlər, Allahın mərhəmətilə bir təhsil ili (2022 - 2023) sürən "Qurani Kərimin rəvan oxunuşu və təcvidi" adlı ümumi Quran təlimi kursunda iştirak edən tələbələr uğurla imtahan vermiş və onların səviyyəsini təsdiq edən şəhadətnamələrə sahib olmuşlar.

Mərkəz, Qurani Kərimin müsəlmanlar tərəfindən öyrənilməsi və Quran təlimlərinin təbliğinə yüksək önəm verir. Bu məqsədlə rus və Azərbaycan dillərində müxtəlif zamanlarda fərqli müəllimlərin iştirakı və köməyi ilə kurslar keçirir. Quran oxumağı bacaranların sayının artması sevindirici və qürurverici bir haldır. Çox təəssüf bu sahədə kifayət qədər təlim almamış və yaxud bu sahəyə yad şəxslər bəzən insanların dinə və müqəddəs kitaba olan sevgi və hörmətindən sui-istifadə edir, səlahiyyətləri olmadığı halda sifarişlə pul müqabilində başqaları üçün Quran oxumaq məsuliyyətini üzərilərinə götürürlər. Təbii ki, belə halların qarşısı alınmalı, Quran oxutdurmaq istəyən insanlar bu həssas işi yetərincə təlim görmüş fərdlərə tapşırmalıdırlar. Aşağıda adları çəkilən tələbələr uzun müddətli təlim və hazırlıqdan sonra iki dəfə mərkəzin Quran bölməsində imtahan verib, şəri cəhətdən məqbul səviyyədə Quran oxumaq bacarıqlarını kəsb etdiklərini təsdiqləyən şəhadətnamələrə yiyələnmişlər.

Qurani Kərimin qiraətində öz səviyyəsini müəyyənləşdirmək və ya bacarığını təkmilləşdirmək istəyən hər kəsin üzünə mərkəzin qapıları açıqdır. Bunun üçün sadəcə qeydiyyatdan keçməli və təyin olunmuş proqram üzrə dərslərdə iştirak etmək lazımdır. Mərkəz, tam ödənişsiz müraciət edənlərə kömək etməyə hazırdır.

Allah - təbarəkə və təala - Quranla tanış olub, Quranla yaşamağı və Qurana əməl etməyi hər birimizə ruzi etsin.

İmtahanda uğurla yüksək nəticələr əldə edən bütün kurs iştirakçılarını təbrik edirik. İmtahanda müsbət nəticələr ala bilməyən tələbələrə isə naümid olmamağı tövsiyə və çox çalışmalarını rica edirik. Şəhadətnamələrlə təltif olunan dəyərli tələbələrin Quran müəllimi səviyyəsinə yüksəlmələrini arzu edirik. Bu istiqamətdə mərkəz tərəfiindən hörmətli Quran müəllimi və Beynəl-xalq səviyyəli Quran qarisi Cənab Höccətül-İslam vəl-Müslimin Seyid Rəhmaninin iştirakı ilə Məhərrəm ayında VİRTUAL QURAN MƏCLİSİnin təşkili planlaşdırılır. «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinə məxsus @quran_evi ünvanlı Dar-ul-Quran teleqram kanalını izləyən şəxslər Quran məclisi haqda məlumat əldə edəcəklər. Öncədən ad yazdıran şəxslər məclisdə iştirak edə biləcəklər. Məclisdə ustad müxtəlif növ qiraətlər edəcək və qiraət, təcvid və digər mövzularda izləyicilərin suallarını cavablandıracaq.

Qarşıdan gələn Qədir Xum bayramınız mübarək!

Xanımların müraciəti üçün Teleqramda əlaqə nömrəmiz: 00989902370738

Bəylərin müraciəti üçün Teleqramda əlaqə nömrəmiz: 00989902370737


Məclisin instagram, teleqram və GotoMeeting tətbiqləri ilə baş tutması gözlənilir.

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
05.07.2023


2022-2023-cü il QURAN DƏRSLƏRİNİ MÜVƏFFƏQİYYƏTLƏ BAŞA VURANLAR


ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri