RUZİ ALLAHDAN, ŞÜKÜR BƏNDƏDƏN

RUZİ ALLAHDAN, ŞÜKÜR BƏNDƏDƏN

Yerlərin və göylərin sahibi, qüdrətli və hikmətli Allahın adı ilə

Ey Peyğəmbər! De: Həqiqətən Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər və ya azaldar. Allah yolunda verilən ruzidən xərclərsiniz, Allah özü əvəzini verər. O, rizq və ruzi verənlərin ən yaxşısıdır. (Səba – 39)

Dəyərli möminlər və əziz izləyicilər, salam.

Allahın mərhəməti sayəsində və siz xeyriyyəçi bacı və qardaşlarımızın köməyi ilə “Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzi dini maarifləndirmə sahəsində 10 ildir fəaliyyət göstərir. Diqqətinizə çatdırıq, ixtiyarımızda qoyduğunuz vəsaitlər miqdarı və əhəmiyyətindan asılı olaraq aşağıdakı mövzularda istifadə edilir:

1.    Saytların cari xərcləri
2.    Dərslərin keçirilməsi üçün internet ödəmələri
3.    Cihazların alınması və təmiri
4.    Elmi və mədəni tədbirlərin keçirilməsi
5.    Xüsusi kurslara dəvət edilmiş qeyri azərbaycanlı müəllimlərə zəhmət haqqı

Hamımızın bilməsi önəmlidir ki, mərkəzdə tədris edən Azərbaycanlı müəllimlər və təhsil sahəsində ilboyu xidmət edən inzibatçı bacı və qardaşlarımız Allah yolunda təmənnasız çalışırlar.

Əziz Əhli-Beyt (ə) yolunun davamçıları, maarif ocağı olan “Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzinin təməli ilk gündən xeyirxahlıq və ixlas üzərində qurulub və belə də davam etməsi üçün əlimizdən gələni edirik. Allaha şükür edirik ki, “Əl-Məhdi (əc)” sizə məxsusdur və Azərbaycan xalqının xidmətindədir. Xadiminiz olaraq bütün mərkəzdə tədris edən ustadlar və təhsil alan tələbələrin tərəfindən öz rifahı və qazancından kəsib mütəmadi olaraq maddi yardımları ilə “Əl-Məhdi (əc)”-yə kömək edən xeyriyyəçilərə dərin təşəkkürümüzü bildiririk. Əminik ki, siz bizdən təşəkkür gözləmirsiniz və etdiyiniz ehsanlar yalnız Allah rizası üçündür. Allah sizdən razı olsun.

Allaha kömək edənlər, ALLAH KÖMƏYİNİZ OLSUN!

Hörmət və sevgi ilə:
“Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzinin müdiriyyəti
Bakı şəhəri – 10.08.2025