Fəlsəfə elmləri doktoru Höccətül-İslam Vaqif Quliyevin təqdimatında «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsində elmi-fəlsəfi bəhslər silsiləsindən «Dini inancların həyat tərzində rolu» - 2020-21 Təhsil ilində. Əlavə məlumat üçün: 00989902370737
Allahın adı ilə
قال الله تبارک و تعالی: "وَتُوبُوا إِلَى اللَّـهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ" (النور -۳۱)
Qurani Kərim: "Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!" (Nur surəsi - 31)
Dini inancların həyat tərzində rolu, insan gündəmində dini əqidə və rəftarın nə qədər və hansı keyfiyyətdə dəxalətini göstərməkdədir. Bu mövzu dini inanclarla gündəlik həyat tərzi arasındakı fasiləni aradan qaldırır. Bu səbəbdən əqidələrin bilikdə həbs olması deyil, əməldə də zühur tapması zərurətinə görə bu mövzuya önəm verilmişdir.
2020-21 Təhsil ilində Fəlsəfə elmləri doktoru Höccətül-İslam Vaqif Quliyevin təqdimatında «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsində elmi-fəlsəfi bəhslər silsiləsindən «Dini inancların həyat tərzində rolu» adlı açıq leksiyaların keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd: Leksiyalarda hər kəsin iştirakı azaddır. Fəlsəfi bəhslərə meyilli elmsevər bacı və qardaşlarr əlavə məlumat üçün aşağıdakı nömrəyə Teleqram və ya WhatsApp vasitəsilə müraciət edə bilərlər. Diqqətinizə çatdırırıq ki, leksiyaların yayım linki başlamazdan 15 dəqiqə öncə mərkəzin "SAĞLAM HƏYAT TƏRZİ" kanalında, eləcə də Ustadın şəxsi Teleqram kanalında paylaşılacaq. Kanallarda üzv olmağı unutmayın!
Hörmətlə:
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri - 20 sentyabr 2020