Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Qəlbləri qovuşduran mehriban Xaliqin adı ilə

İzdivac, hər bir fərd üçün həyatında baş verəcək çox önəmli bir aktdır. İnsan taleyinə birbaşa təsirə malik olan bu hadisə çox zaman lazımlı dərəcədə ciddi qarşılanmır və ciddiyə alınmır. Gənclərimiz kifayət qədər hazırlıq görmədən ailə qurmaq kimi çox ağır yük və məsuliyyətin altına girirlər. Valideynlərin də səhvi öz acı təsirini göstərir. Nəticədə isə talelər məhv, arzular ürəklərdə həbs və insan ömürləri puç olur.

Təəssüflə qeyd etməliyik ki, son statistikaya görə ölkəmizdə boşanmaların sayı nikahların sayı ilə bərabərləşməkdədir. Xalqın gələcəyini düşünən hər bir zəkalı üçün bu yaxın gələcəkdə baş verəcək böyük bir faciənin siqnalıdır. «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi, xoşbəxt və qüdrətli Azərbaycan naminə gələcəyimizi hədəfə alan bu ictimai bəla ilə mübarizəni öz islami və insani vəzifəsi hesab edir. Mərkəz başlıca cavanların, onlarla yanaşı valideynlərin də maariflənməsini problemin inkişafının qarşısını almaqda zəruri hesab edir. Bu istiqamətdə imkanlar daxilində treninqlər və konsultasiyalırın keçirilməsini məqsədə uyğun sayır.

İlk olaraq 2023-cü ilin dekabr ayında Şəfəq xanım Əhmədovanın təqdimatında 6 saatlıq onlayn treninqin keçirilməsi planlaşdırılır.

Mövzuya giriş və tanışlıq məqsədilə qeydiyyatdan keçmiş şəxslər 1-ci görüşdə pulsuz iştirak edə bilərlər. Birinci görüş teleqram vasitəsilə dekabr ayının 20-si saat 20:20-də keçiriləcək. Mövzudan məmnun qalan və evlilik barədə daha dərindən məsləhət və məlumat almaq istəyən cütlüklər qrup formasında və ya fərdi qaydada göstərilən nörmələrlə əlaqə saxlayıb növbəyə yazıla bilərlər.

- Diqqətinizə çatdırırıq ki, treninq və konsultasiyalar ödənişlidir.
- 1 paket = 4 (x90 dəqiqə) saat təlim + 2 (x90 dəqiqə) saat məsləhətləşmə
- 1 cütlük (fərdi qaydada) = 100 AZN, 4 cütlük (qrup formasında) = 100 AZN
- Evlilik və onun qorunması barədə xüsusi konsultasiya - 1 (x90 dəqiqə) seans = 30 AZN
- Kapital bank: 4169738854540436 Mahmudova Kəhnaz (Proqramda iştirak üçün növbəyə yazılarkən ödəniş qəbzini təqdim etmək lazımlıdır).

Xoşbəxt evlilik barədə treninqin mövzuları

"Xoşbəxt evliliyin xüsusiyyətləri",

"Xoşbəxt evliliyin maneələri",

"Xoşbəxt evliliyin şərtləri",

"Xoşbəxt evliliyin fərdi və ictimai səmərələri",

"Xoşbəxt evliliyin elmi və mənəvi inkişafa təsiri",

"Xoşbəxt evliliyin övladlara psixoloji və tərbiyəvi təsiri"

Evlilik öncəsi konsultasiya mövzuları

"Münasib, yaxşı və daha yaxşı zövc və zövcənin xüsusiyyətləri",

"Ailələr üçün izdivaca hazırlıq mərhələləri",

"İzdivac üçün zövclərin elmi, mənəvi, psixoloji və fiziki hazırlığı",

"Ata və ana olmaq mərhələsinə psixoloji hazırlıq"

və s. ...

+79601130717 - +989902370738

Qeydiyyat 25 noyabrdan başlayır.


Gənclərimizə xoşbəxtlik arzusu ilə:

«Əl-Məhdi (əc)» İslam Maarif Mədrəsə və Mərkəzinin müdiriyyəti
23.11.2023

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri