Allahın adı ilə
قال رسول الله صلی الله علیه و آله و سلم: اِنَّ البَيتَ اِذا كَثُرَ فيهِ تِلاوَةُ القُرآنِ كَثُرَ خَيرُهُ وَ اتَّسَعَ اَهلُهُ وَ اَضاءَ لاَهلِ السَّماءِ كَما تُضى ءُ نُجومُ السَّماءِ لاَهلِ الدُّنيا (کافی، ج ۲، صفحه ۶۱۰)
Allahın rəsulu Həzrət Muhəmməd (s): Həqiqətən evdə Quran çoxlu təlavət olunarsa xeyri-bərəkəti artar, o evin əhli sıxıntı yaşamazlar. Dünya əhlinə işıq saçan göylərin ulduzları tək səma əhlinə yerdən işıq saçar. (Əl-Kafi, c. 2, səh:610)
Hörmətli tələbələr və dəyərli Quransevərlər, salam.
Mübarək Rəcəb ayının daxil olması münasibətilə hər birinizi təbrik edir və qarşıdan gələn mübarək aylarda sizi Qurani Kərimin mənəvi süfrəsindən qidalanmağa dəvət edirik. Bildiyiniz kimi Mübarək Ramazan Quranın baharı adlanır, Quran oxumaq və öyrənmək bu ayın ən fəzilətli əməli sayılır. Fürsəti qənimət bilib Qurani Kərim barədə məlumatını genişləndirmək istəyən tələbələri və elm əhlini Qurani Kərimin müasir tərcümələri haqda ixtisaslaşdırılmış kursa dəvət edirik.
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin hörmətli və bu sahənin sanballı ustadlarından olan Quran elmləri doktoru Cənab Höccətül-İslam vəl-Müslimin Seyid Azər Əhmədoğlu öz elmi araşdırmalarının nəticələrini təhsil sistemi ilə uyğun metodla dəyərli Quransevərlərlə bölüşəcəkdir.
Kurs, öncədən mərkəzimizdə və ya digər elm ocaqlarında keçirilən ərəb dili qrammatikası, Qurani Kərimin tərcüməsi, təfsiri və Quran elmləri dərslərində iştirak etmiş tərcümə və təfsirdən anlayışı olan tələbələrə tövsiyə edilir.
DİQQƏT-DİQQƏT!
2024-cü il fevral ayının 1-dən etibarən «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsində yeni təhsil ilinin ikinci yarısı başlayacaq. Kursa isə çərşənbə axşamı, 6 fevral 2024, saat 20:00 - 21:00 (Bakı vaxtı ilə) start veriləcək.
Mərkəzin bu və digər maarif dərslərində iştirak etmək istəyən bəylər və xanımlar ad, soyadı və doğum tarixi səviyyəsində qeydiyyatdan keçməlidirlər.
Bəylər üçün teleqramda: 0098 990 237 0737
Xanımlar üçün teleqramda: 0098 990 237 0738
Hörmətlə:
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
15 yanvar 2024