Hikmət sahibi uca Allahın adı ilə.
قال رسول اللّه صلی الله علیه و آله و سلم: اِن اَرَدتُم عَيشَ السُّعَداءِ و َمَوتَ الشُّهَداءِ و َالنَّجاةَ يَومَ الحَسرَةِ و َالظِّلَّ يَومَ الحَرورِ و َالهُدى يَومَ الضَّلالَةِ فَادرُسُوا القُرآنَ فَاِنَّهُ كَلامُ الرَّحمانِ و حِرزٌ مِنَ الشَيطانِ و رُجحانٌ فِى الميزانِ (الحیاة، جلد۲، صفحه ۲۳۴)
Allahın rəsulu Həzrət Muhəmməd (s) buyurmuşdur: Xoşbəxtlərin həyatını, şəhidlərin ölümünü, həsrət gününün nicatını, qızmar gündə kölgə və zəlalət günündə hidayət istəyirsinizsə Quran öyrənin, çünki o Allahın kəlamıdır, (insanı) şeytandan qoruyar və (əməllər tərəzisində) ölçüdə ağır gələr. (Əl-Həyat, 2 c. səh.: 234)
Dəyərli ustad və Quran xadimi Cənab Höccətül-İslam Dr. Seyid Azər Əhmədoğlu «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsində 2024-cü il fevral ayından etibarən 30-cu cüzün seçilmiş surələrindən onlayn təfsir dərsi keçəcəkdir.
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsinin tələbələri dərslərdə iştirak etmək üçün lütfən "təhsil bölməsinə" aşağıda göstərilən nömrə ilə Teleqram və ya WhatsApp vasitəsilə müraciət etsinlər.
Çərşənbə axşamı - 21:00 (Bakı vaxtı ilə)
İkinci yarım təhsil ili: 1 fevral 2024 - 31 may 2024
Allah Quran nuru ilə ömrümüzü - günümüzü işıqlandırsın!
Hörmətlə:
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri - 15 yanvar 2024