Tükənməz qüdrət və sonsuz elm sahibi Allahın adı ilə.
قال رسول الله صلى الله عليه وآله وسلم: أَفْضَلُ الْعِبَادَةِ قِرَاءَةُ الْقُرآنِ. مجمع البیان، جلد ۱، صفحه ۴۴
Rəhmət elçisi Həzrət Muhəmməd (s): İbadətlərin ən fəzilətlisi Quran oxumaqdır. (Məcməul-bəyan, cild 1, səh. 44)
Dəyərli tələbələr və hörmətli izləyicilər, salam. Qarşıdan gələn Mübarək Ramazan ayı münasibətilə hər birinizə gözünüz aydın olsun deyir və İlahi ziyafətdən layiqli bəhrələnmək imkanı arzulayırıq.
Qurani Kərimin nazil olduğu günlər qarşıdadır və düşünürük bir ailə olaraq bu fürsəti qənimət bilib Quran ətrafına toplaşaq. Öncədən elan edildiyi kimi hər il olduğu kimi bu il də mərkəzdə Qurani Kərimlə bağlı müxtəlif mövzularda dərslər keçiriləcək. Əlavə məlumat üçün MÜBARƏK RAMAZAN AYINDA QURAN PROQRAMLARI üzərində klikləyin. Amma ...
... Xanımlara məxsus bu layihədən məqsəd mübarək ayda hər gün ailəvi Quran oxumaqdır.
Layihəyə qoşulmaq və Quran qiraətində iştirak etmək istəyən xanımlar ad və soyadlarını yazmaqla qeydiyyatdan keçməlidirlər. İştirakçıların sayına uyğun Qurani Kərim hissələrə bölünəcək və qiraətçilərə veriləcək. Hər gün eyni saatda bu məqsədlə yaradılmış qrupda bir müəllimin iştirakı ilə qiraətçilər toplaşacaq və hər günün cüzi cəm şəkildə oxunacaq. Müəllim qiraətçilərin qiraətinə nəzarət edəcək və lazım gələrsə səhvlərinə düzəliş verəcəkdir.
QEYDİYYAT və ƏLAVƏ MƏLUMAT ÜÇÜN:
Qeyd:
- Layihəyə qeydiyyat mart ayının 11-nə qədər davam edəcəkdir.
- Layihənin icraçı rəhbəri Aynurə xanım Ağayevadır.
- Layihəyə qiraətçi kimi yalnız Qurani Kərimi rəvan oxuya bilən şəxslər qoşula biləcəklər.
- Xətm edilən hər bir Quran üçün fərdi niyyətlə yanaşı cəm olaraq niyyətimiz İmam Zaman (əc) ağanın zühurunun təcilini, Mövlanın cansağlığını, məzlumların qələbəsi və ədalətin bərpasını Uca Allahdan diləməkdir.
Hörmətlə:
«Əl-Məhdi (əc)» İslam Maarif Mədrəsə və Mərkəzinin müdiriyyəti
06.03.2024 - Bakı şəhəri
Sizi «Əl-Məhdi (əc)» İslam Maarif Mədrəsə və Mərkəzinə aid Dar-ul-Quran adlı teleqram kanalında üzv olmağa dəvət edirik. Quran xadimləri üzvlərin Quranla bağlı bilgilərini artırmaq məqsədilə kanala faydalı və eyni zamanda qısa materiallar əlavə edirlər.