RAMAZANIMIZ QURAN İŞIĞINDA

RAMAZANIMIZ QURAN İŞIĞINDA

Dəyərli xanımlar və hörmətli izləyicilər! «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin Dar-ul-Quran bölümündə 2026-cı il fevral ayının 19-dan etibarən hər gün iki Quran xətmi nəzərdə tutulub. Xanımlara məxsus layihədə iştirak etmək üçün Teleqramla göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz: 00989902370738

Mehriban və bağışlayan Allahın müqəddəs adı ilə

قالَ رَسُولُ اللّه ِ صلي الله عليه و آله: «يا سَلْمانُ عَلَيْكَ بِقَراءَةِ القُرآنِ فَاِنَّ قَراءَتَهُ كَفّارَةٌ لِلذُّنُوبِ، وَ سَتْرَةٌ مِنَ النّارِ، وَ اَمانٌ مِنَ الْعَذابِ» (جامع الاخيار و الآثار، ج ۱، ص ۳۰۸)

Peyğəmbərimiz Həzrət Muhəmməd Mustafa (s) buyurmuşdur:
Ey Salman! Quran qiraətinə diqqət yetir və onu az bilmə. Çünki Quranın qiraəti günahların kəffarəsidir, oxuyanı cəhənnəm odundan qoruyar və axirət əzabından amanda saxlayar. (Camiul-əxbar vəl-asar, c. 1, səh: 308)

Dəyərli xanımlar və əziz tələbələr, «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin “Dar-ul-Quran” bölümündə 2026-cı il fevral ayının 19-dan etibarən hər gün iki Quran xətmi nəzərdə tutulub.

* Diqqətinizə çatdırırıq ki, tələbə və ustadların könüllü işritakı ilə təşkil olunacaq onlayn Quran məclisində Quran müəllimlərinin nəzarəti və köməyi ilə hər gün günorta azanına qədər bir Quranın və günortadan sonra isə ikinci Quranın xətminə başlanılacaq.

* Müəllimlər, məclisi idarə etməklə yanaşı iştirakçılara Quranı düzgün qiraət etməkdə yardım edəcək və qarşıya çıxan suallara cavab verəcəklər.

* Həmçinin nəzarətçi müəllimələr məclisdə oxunan seçilmiş ayələrin məna və təfsirinə işarələr edəcək, Quranın tərcüməsi ilə iştirakçıları tanış edəcəklər.

Xanımların müraciəti üçün Teleqramda əlaqə nömrəmiz: 00989902370738

Birbaşa teleqramda təşkil edilmiş qrupa üzvlük linkləri aşağıda təqdim edilir:

Günün birinci yarısı – Səhər qrupu: https://t.me/+fAAjseQshb02Mjk0

Günün ikinci yarısı – Əsr qrupu: https://t.me/+yasxVcKlsSpmMTM8

Hörmətli qrup üzvləri, Fitr bayramı günü keçiriləcək püşkatma mərasimində aktiv tələbələrdən 5 nəfərinə xeyriyyəçilər tərəfindən “dişlərin təmizlənməsi xidməti” hədiyyə ediləcək. Aktiv tələbələrin siyahısını müəllimlər tənzim edəcəklər.

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Bakı şəhəri – 16.02.2026