İRFANİ-ƏXLAQİ RAMAZAN SÖHBƏTLƏRİ

İRFANİ-ƏXLAQİ RAMAZAN SÖHBƏTLƏRİ

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi mübarək Ramazan boyu Şeyx Tusinin “Övsafül-Əşraf” kitabının İrfani-əxlaqi Ramazan söhbətləri başlığı ilə elmi müzakirəsini nəzərdə tutmuşdur. Əlavə məlumat üçün Teleqramla göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz: 00989902370737

Hikmət sahibi, mehriban Allahın adı ilə

الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ أُولَٰئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ (الانعام:۸۲)

“İman gətirib imanlarına heç bir zülm qatmayanlar üçün əminlik vardır. Doğru yola yönəlmişlər də məhz onlardır.” (Ənam surəsi, 82-ci ayə)

Əziz tələbələr və hörmətli izləyicilər! «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi mənəviyyatın saflaşması və ruhun yüksəlişi üçün İlahi mərifət və İslam əxlaqının aşılanması məqsədilə mübarək Ramazan boyu dahi İslam filosofu Şeyx Tusinin dəyərli əsəri “Övsafül-Əşraf” kitabının elmi müzakirəsini nəzərdə tutmuşdur.

2026‑cı il fevral ayının 19‑dan etibarən, hər gün Bakı vaxtı ilə saat 15:00-dan 16:00-a qədər. Tusinin İmamət mövzusuna dair məşhur traktını Azərbaycan dilinə tərcümə etmiş və böyük mütəfəkkirin elmi‑ədəbi irsi ilə yaxından tanış olan Höccətül‑İslam Tural Salmanov, Nəsirəddin Tusinin “Övsafül‑Əşraf” əsərində bəyan etdiyi şərafətli insanın 31 mənəvi mənzilini mərhələli şəkildə şərh edəcəkdir.

Dərslərin iştirakçılarına əsərin rəqəmsal nüsxəsi aşağıda təqdim olunur. Sevindiricidir ki, bu əsərdə qeyd olunan hər bir mənəvi mənzil Qurani‑Kərimin ayələrinin nuru ilə işıqlanır və Quranın baharı sayılan mübarək Ramazan ayında mənəvi kamala doğru vəhyani bir yol kimi çıxış edir.

Elm və mənəviyyat axtarışında olan hər kəs sərbəst İrfani – əxlaqi Ramazan söhbətlərində iştirak edə bilər. Sadəcə vaxtı-vaxtında dərs barəsində məlumat əldə etmək üçün teleqram qrupunda üzv olmaq qaçılmazdır.

Əlavə məlumat üçün Teleqramla göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz: 00989902370737

  • Ramazan söhbətləri qrupuna üzv olmaq üçün klik edərək daxil ola bilərsiniz: https://t.me/+yznMXJVujaExNWFk
  • Övsafül-Əşraf kitabının Azərbaycan dilində rəqəmsal nüsxəsini burdan endirin: Endir

Qeyd: Dərslərdə intizamla və aktiv iştirak edən tələbələrdən 3 nəfərə ustadın seçiminə əsasən mübarək ayın sonunda hədiyyə təqdim ediləcək. Fitr bayramından sonra dərsdə ustadın işarə və izah etdiyi hər bir mənzilə aid Quran ayələrinin hifz, tərcümə və müxtəsər izahından müsabiqə proqramın yekun mərhələsi olacaqdır. Müsabiqənin 3 qalibinə xeyriyyəçilər tərəfindən hədiyyə veriləcəkdir.

Mübarək Ramazan ayında hər kəsin ibadətlərinin qəbul və hacətlərinin rəva olmasını Uca Xaliqdən diləyir, elm və əməl meydanında hər birinizə uğurlar arzulayırıq.

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti 
Bakı şəhəri – 17.02.2026