I YARIM TƏHSİL İLİNİN DƏRS CƏDVƏLİ | 2026-27

I YARIM TƏHSİL İLİNİN DƏRS CƏDVƏLİ | 2026-27

Əziz elmsevərlər! «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin İslam Maarifi dərslərində (online) iştirak etmək hər kəsə əlçatandır. Qeydiyyat haqda məlumat üçün Teleqramla göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz: 00989902370737

Mehriban və bağışlayan Allahın müqəddəs adı ilə

قال النبی (ص): ما خرج رجل من بیته یطلب علما إلّا سهل اللَّه له طریقا إلی الجنّه (نهح الفصاحة)

Həzrət Muhəmməd Mustafa (s): Elm axtarışında evindən xaric olan şəxsin üzünə Allah Təala Cənnətə aparan yol açar. (Nəhc-ül-Fəsahə)

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi və Mədrəsəsində virtual olaraq İslam Maarifi dərsləri 10 sentyabrdan etibarən başlayacaq. Birinci yarım ilin dərs cədvəlləri tələbələrin seçimi üçün təqdim edilir. Müxtəlif səbəblərdən qeydiyyata düşməyən bacı və qardaşlar ən qısa zamanda teleqram vasitəsilə aşağıda göstərilən nömrələrlə əlaqə saxlaya bilər.

Saytımızın izləyicilərinin diqqətinə çatdırırıq ki, İslam dini ilə tanış olmaq istəyən və İslam maarifini öyrənmək arzusunda olanlar üçün heç bir məhdudiyyət mərkəz tərəfdən tətbiq olunmur. Mərkəzdə dini təhsil almaq hər kəsə pulsuz və azaddır. Sadəcə cinsiyyət, yaş və mövzular üzrə bölgü aparmaq və sinifləri formalaşdırmaq məqsədilə qeydiyyat zamanı müraciət edən şəxs haqda çox qısa məlumat tələb olunur.

Xanımların müraciəti üçün Teleqramda əlaqə nömrəmiz: 00989902370738

Bəylərin müraciəti üçün Teleqramda əlaqə nömrəmiz: 00989902370737

QEYDİYYATDAN KEÇMİŞ TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

İslam maarifi dərslərində iştirak etmək istəyən qeydiyyatdan keçmiş hər bir tələbə cədvəldə dərslərin mövzusu, müəllimi və zamanına diqqət etməli, uyğun dərs və ya dərsləri seçməli və onların adını teleqram vasitəsilə “Təhsil bölməsi”nə (yuxarıda göstərilən nömrələrə) göndərməlidir.

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
06.09.2026