«ASİMAN»DA QEYDİYYAT DAVAM EDİR

«ASİMAN»DA QEYDİYYAT DAVAM EDİR

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin nəzdində təsis edilmiş, gələcək nəslin mənəvi keyfiyyətlərlə zəngin yetişməsinə xidmət edən «Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzi azyaşlılar üçün yeni 2025-2026 təhsil ilində İSLAM MAARİFİ kurslarına şagird qəbuluna davam edir.

Mehriban Allahın adı ilə.

İSLAM MAARİFİ KURSLARINA UŞAQLARIN (QIZ VƏ OĞLAN) QEYDİYYATI DAVAM EDİR!

Salam, hörmətli valideynlər!

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin nəzdində təsis edilmiş, gələcək nəslin mənəvi keyfiyyətlərlə zəngin yetişməsinə xidmət edən «Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzi Azərbaycan dilli azyaşlılar üçün yeni təhsil ilində İSLAM MAARİFİ kurslarına şagird qəbuluna başlamıdır.

«Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzi tədris sahəsinə görə 2 bölməyə ayrılır:

1) 5 yaşdan 7 yaşa qədər uşaqlara “bağça” bölməsində “Davranış qaydaları”, “Qurandan qısa ayələr” və “Hədislər” öyrədilir.

2) 8 yaşdan 14 yaşa qədər uşaqlar isə “məktəb” bölməsində “Əqaid”, “Əhkam”, “Əxlaq”, “Quran”, “Hədis” və “Peyğəmbərlərin tarixi” dərslərini mənimsəyirlər.

Övladlarının dini və milli dəyərlərə uyğun təlim-tərbiyə almasında xidmətimizdən yararlanmaq istəyən valideynlər teleqram tətbiqi vasitəsilə mərkəzlə əlaqə saxlayaraq əlavə məlumat əldə etməklə yanaşı qeydiyyatdan da keçə bilərlər.

Müraciət üçün:     +994503497212  

Yeni 2025 – 2026 təhsil ilində bütün balalarımıza uğurlar diləyir və zəhmətkeş müəllim və müəllimələrimizə təşəkkür edirik.

Valideynlərə hörmət və uşaqlara məhəbbətlə:
«Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzinin müdiriyyəti
10.08.2025